"Qarabağ"dan 2,5 milyon avro istədilər - SON DƏQİQƏ XƏBƏRİ

5 İyul 2024 15:00 Qarabağ 10 048
"Qarabağ"dan 2,5 milyon avro istədilər - SON DƏQİQƏ XƏBƏRİ

2023-cü ilin yanvarında «Qarabağ»ı «Krasnodar»a dəyişən Kadi Borgesin dönüşü hələ də sual altındadır.

Düzdür, «köhlən atlar» Rusiya klubuna rəsmi təklif göndərib, braziliyalı legionerin özü də Azərbaycana qayıtmağa razılıq verib.

27 yaşlı vinger Ağdam təmsilçisinin 3 illik müqavilə təklifinə «ok» deyib. «Krasnodar»ın baş məşqçisi Murad Musayev də bu transferin gerçəkləşməsinə «yox» söyləməyib.

Problem təzminatla bağlıdır. «Krasnodar» yeni mövsümün hazırlıqlarına bir müddət əvvəl başlayıb,

Kadi isə toplanışa qatılmayıb və iki klub arasında danışıqların necə yekunlaşmasını gözləyir. Ruslar gərək maliyyə şərtlərində güzəştə getsin ki, cənubi amerikalı təkrar «Qarabağ»a dönə bilsin.

Onu 5 milyon avro qarşılığında sıralarına qatmış «Krasnodar» indi bu məbləğin yarısını geri istəyir. Onlar daha 500 mindən, 1 milyon avrodan söhbət etmir, bu kimi rəqəmləri yaxına buraxmırlar.

Halbuki danışıqların ilk mərhələsində elə də yüksək məbləğlərdən danışmırdılar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”