Rumıniya yığmasının qapıçısı "Qarabağ" yolunda? – SON DƏQİQƏ

4 İyul 2024 14:00 Qarabağ 7 812
Rumıniya yığmasının qapıçısı "Qarabağ" yolunda? – SON DƏQİQƏ

Rumıniya yığmasının qapıçısı Florin Nita karyerasını Azərbaycanda davam etdirə bilər.

AVRO-2024-də özünü yaxşı tərəfdən göstərən kiper «Qarabağ»a təklif olunub.

Menecerlər 37 yaşlı «əlcək sahibi»nin «köhlən atlar»ın formasını geyinmək istəməsi barədə qarşı tərəfə xəbər göndərib.

Nita ötən mövsümü Türkiyədə keçirib, «Qaziantep»in şərəfini qoruyub. «Styaua»nın yetirməsi hazırda azad agent statusu daşıyır.

O, daha əvvəl «Konkordia», FCSB, «Sparta Praqa», və «Pardubays»ın uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!