"Qarabağ"la müqavilə bağlamamışam və bunu etmək niyyətində deyiləm"

1 İyul 2024 00:40 Qarabağ 10 716
"Qarabağ"la müqavilə bağlamamışam və bunu etmək niyyətində deyiləm"

"Şaxtyor"un yarımmüdafiəçisi Aleksey Kaşuk “Qarabağ”la müqavilə imzalayacağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

Sportinfo.az "TaToTake" portalına istinadən xəbər verir ki, ukraynalı Ağdam klubundan təklif almadığını söyləyib:

"Görürəm ki, bizim media bu xəbəri yekdilliklə qəbul edib və paylaşırlar. Amma internetdə yazılanların hamısına inanmaq lazım deyil.

Təbii ki, "Qarabağ"la müqavilə bağlamamışam və bunu etmək niyyətində deyiləm.

Hazırda Kiyevdə fərdi proqram üzrə mövsümə hazırlaşıram və eyni zamanda klublardan gələn təklifləri nəzərdən keçirirəm".

Kaşuk 2022/2023 mövsümündə də "Sabah”da icarə əsasında oynayıb. 24 yaşlı futbolçunun "Şaxtyor"la müqavilə müddəti bu gün başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”