“Qarabağ” bu transferdə Almaniya və İspaniya klublarından qabağa düşdü

29 İyun 2024 01:20 Qarabağ 8 744
“Qarabağ” bu transferdə Almaniya və İspaniya klublarından qabağa düşdü

“Sabah”ın sabiq legioneri Aleksey Kaşuk karyerasını Azərbaycanda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Donetsk “Şaxtyor”undan ayrılan və hazırda azad agent statusu daşıyan 23 yaşlı hücumameyilli futbolçu “Qarabağ”la anlaşıb.

İddiaya görə, Kaşuk müqavilənin bütün detallarını razılaşdırıb. Halbuki onun Almaniya Bundesliqası və İspaniya La Liqasından təklifləri olub.

Aleksey Kaşuk 2022-2023 mövsümünü icarə əsasında “Sabah”ın heyətində keçirib. “Qarabağ” klubu israrla bu oyunçu ilə danışıq aparmadıqlarını deyir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”