"Qarabağ"da Zubirlə bağlı məsələyə nöqtə qoyuldu - SON DƏQİQƏ

28 İyun 2024 16:00 Qarabağ 4 371
"Qarabağ"da Zubirlə bağlı məsələyə nöqtə qoyuldu - SON DƏQİQƏ

"Qarabağ"ın Abdullah Zubirlə davam edən danışıqları müsbət sonluğa yetişib.

Fransalı yeni müqavilə bağlanması dünən Bakıya gəlib.

O, bu gündən komandanın hazırlığında iştirak edəcək.

Maraq üçün bildirək ki, müqaviləsi başa çatan fransalı legioner Ağdam təmsilçisinin 18 iyundan başlayan hazırlığından kənarda qalmalı olmuşdu.

Onun xidmətində bir neçə əcnəbi klub maraqlı idi. Zubirin ölkəmizi tərk edəcəyi yayılan xəbərlər arasındaydı.

Amma uzun çəkən danışıqların yekununda təcrübəli futbolçu "Qarabağ" tərəfdarlarını sevindirəcək qərar verib.

32 yaşlı vinger 2018-ci ildən "köhlən atlar"ın şərəfini qoruyur.

Arxada qalan müddətdə "10 nömrə" "Qarabağ" forması ilə meydana çıxdığı 263 oyunda 61 qol və 73 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”