“Qarabağ” millinin hücumçusu üçün xarici kluba təklif göndərdi?

27 İyun 2024 19:20 Qarabağ 4 675
“Qarabağ” millinin hücumçusu üçün xarici kluba təklif göndərdi?

“Dinamo”nun hücumçusu Mahir Emreli “Qarabağ”a keçə bilər.

Sportinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan millisinin forvardı üçün “Dinamo”ya təklif göndərib.

“Germanijak” portalı məsələ haqda bunları yazıb:

“Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. “Qarabağ”ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik”.

Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”