COP29

"Qarabağ"dan Kadinin transferi ilə bağlı SON AÇIQLAMA

24 İyun 00:30 Qarabağ 13 145
"Qarabağ"dan Kadinin transferi ilə bağlı SON AÇIQLAMA

"Qarabağ"ın "Krasnodar"ın vingeri Kadi Borgesin keçidini həll etməsi ilə bağlı xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov bu haqda "Sport Ekspress"ə açıqlama verib.

Klub rəsmisi Borgeslə razılıq əldə olunması məlumatını yalanlayıb:

"Qarabağ"ın Kadi ilə müqavilə imzalaması ilə bağlı məlumatlar həqiqətəuyğun deyil".

Kadi Borges 2026-cı il iyunun 30-na qədər "Krasnodar"a məxsusdur. 28 yaşlı futbolçu "Koritiba", "Londrina", "Eştoril", "Vilafrankese" komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?