COP29

Zubir “Qarabağ”ı bu kluba dəyişdi? - Qurban Qurbanovun tanışı görün nə etdi

22 İyun 21:00 Qarabağ 25 910
Zubir “Qarabağ”ı bu kluba dəyişdi? - Qurban Qurbanovun tanışı görün nə etdi

Xəbər verdiyimiz kimi, “Qarabağ”da istirahət müddəti başa çatıb.

İyunun 18-də bir araya gələn kollektiv çalışmalarını klubun bazasında davam etdirir.

Baş məşqçi Qurban Qurbanov yerli və əcnəbi milli üzvlərinə əlavə dincəlmək imkanı yaradıb. Onlar komandaya iyunun 23-dən qoşulacaqlar.

Toplanışda iştirak etməyən əsas ad Abdulla Zubirdir. Fransalı vingerin “Qarabağ”la sözləşməsinin müddəti başa çatıb. Elə bu səbəbdən də Bakıya gəlməyib.

Klub Zubirlə yeni sözləşmə imzalamaqda maraqlı olsa da, 32 yaşlı legioner yekun qərarını verməyib. Tərəflər ortaq məxrəcə gələndən sonra “10 nömrə” düşərgəyə qoşulacaq.

Bu arada yayılan məlumatlara görə, Zubirə Türkiyədən konkret çağırış var. Super Liqada yerini son anda qorumağı bacaran “Hatayspor”un ona 2 illik müqavilə təklif etməsi bildirilir.
İddianın əsası varmı? Deyərdik ki, bəli, var. Zubirin transfer edilməsi bizə kifayət qədər tanış sımanın təşəbbüsüdür.

Həmin şəxs isə vaxtilə “Qarabağ”da Qurban Qurbanovun köməkçisi işləmiş, həmçinin “Qəbələ”ni çalışdırmış Fatih Kavlakdır.

Yaxınlarda ikinci dəfə “Hatayspor”a qayıdan və idman direktoru postunu tutan Kavlak menecerlərə Zubirlə danışıqlar aparmağı tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?