COP29

“Qarabağ” indi də Ramil Şeydayevi geri qaytarır? - Meneceri açıqladı ki...

22 İyun 00:50 Qarabağ 2 755
“Qarabağ” indi də Ramil Şeydayevi geri qaytarır? - Meneceri açıqladı ki...

Bilindiyi kimi, “Qarabağ” növbəti mövsümə hazırlığı davam etdirir.

Mövsümü başa vuran kimi əsas heyətin üzvü olan qapıçı Andrey Lunyovu yola salan, onun yerinə Fabiyan Buntiçi cəlb edən “köhlən atlar” təəccübləndirməkdədi.

Ötən il “Yurqorden”lə anlaşan Musa Qurbanlının Ağdam klubuna gəlişi birmənalı qarşılanmadı. Belə ki, ona "xoş gəldin" deyənlər olsa da, gəlişinə qəzəblənənlər daha çoxdu.

Şərhlərdə isə “növbədə Şeydayevdi?!”, “niyə gəldin ay Musa? “Qarabağ” sizsiz bir xeyli irəli getmişdi. Hələ qorxuram Ramil də gələ” kimi bir çox reaksiyalar diqqətimizi cəlb etdi.

Son dönəmlər “Qarabağ”la adının yanaşı hallanması da Ramil Şeydayevin geri qayıtmasına əsaslı şübhələr yaradır.

Hətta bir müddət əvvəl agentinin bununla bağlı verdiyimiz sualın cavabında “Qarabağ” Ramilin transfer məbləğini ödəyə bilmədiyindən o, Ağdam klubuna gələ bilmədi” deməsi şübhələri artırır.

Hadisələrin axarı barədə dəqiq bilgi almaq üçün Ramilin agenti Jarko Delikiçə müraciət etdik.

Sportinfo.az xəbər verir ki, o, “football-plus.az”a açıqlamasında xəbəri təsdiqləmək istəməsə də, təkzib də etməyib:

“Bu suala cavab verə bilmərəm. Bağışlayın...

İndiki vəziyyətdə bu mövzuda heç nə danışa bilməyəcəm. Hansısa dəyişiklik olarsa, zamanla öyrənəcəksiz”.

Xatırladaq ki, Şeydayev ötən il “Qarabağ”dan Taylandın “Buriram Yunayted” klubuna transfer edilib.

27 yaşlı hücumçu qışda “Kocaelispor”la 1,5 illik müqavilə bağlasa da, oyununa görə türkiyəli azarkeşlər tərəfindən daim tənqid atəşinə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?