COP29

“Qarabağ”dan qorxan var

21 İyun 20:20 Qarabağ 3 525
“Qarabağ”dan qorxan var

Malta mətbuatı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən, yerli "Hamrun Spartans" və Cəbəllütariqin "Linkoln" arasında keçiriləcək 1-ci turun cütünün qalibinin "Qarabağ"la qarşılaşacağından yazıb.

Sportinfo.az xəbər verir ki, Maltanın "Allied Newspapers" portalı "Qarabağ"ın güclü olduğunu qeyd edib:

"Hamrun Spartans" UEFA-nın elit turnirində ilk mərhələni keçə bilsə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycanın lideri "Qarabağ"la qarşılaşacaq.

"Spartalılar"ı bu mərhələni keçsələr, onları çətin vəzifə gözləyir. Cəbəllütariq tərəfi Malta çempionu ilə az-çox eyni səviyyədədir və “Hamrun Spartans” Konfrans Liqasının qrupuna vəsiqə qazanmaq ümidlərini artırmaq üçün Çempionlar Liqasının 2-ci raundunda yer alacaqlarına inanırlar.

"Qarabağ" isə hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edən komandadır. Onlarla qarşılaşmaq "Hamrun Spartans" üçün ciddi sınaq olacaq.

Ötən mövsüm isə Azərbaycan nəhəngi Avropa Liqasının 1/8 finalına yüksəlmişdi".

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?