ŞON DƏQİQƏ: “Qarabağ”da yeni MÜƏMMA – O, Bakıya gəlmədi

21 İyun 2024 14:00 Qarabağ 15 870
ŞON DƏQİQƏ: “Qarabağ”da yeni MÜƏMMA – O, Bakıya gəlmədi

“Qarabağ”da istirahət müddəti başa çatıb.

İyunun 18-də bir araya gələn kollektiv çalışmalarını klubun bazasında davam etdirir.

Lakin tam tərkibdə yox.

Baş məşqçi Qurban Qurbanov yerli və əcnəbi milli üzvlərinə əlavə dincəlmək imkanı yaradıb. Onlar komandaya iyunun 23-dən qoşulacaqlar.

Toplanışda iştirak etməyən əsas ad Abdulla Zubirdir. Fransalı vingerin “Qarabağ”la sözləşməsinin müddəti başa çatıb. Elə bu səbəbdən də Bakıya gəlməyib.

Klub Zubirlə yeni sözləşmə imzalamaqda maraqlı olsa da, 32 yaşlı legioner yekun qərarını verməyib. Tərəflər ortaq məxrəcə gələndən sonra “10 nömrə” düşərgəyə qoşulacaq.

Əks halda... Bunu təsəvvür etməyin özü belə çətindir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da