COP29

"Qarabağ"a qayıdan hücumçuya haqq qazandırdı: "Onun adına heç qorxmuram"

21 İyun 09:20 Qarabağ 664
"Qarabağ"a qayıdan hücumçuya haqq qazandırdı: "Onun adına heç qorxmuram"

"Qarabağ"ın sabiq legioneri, hazırda futbol agenti kimi çalışan Boyan İliç sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının "Yurqorden"də qalmayaraq, "Qarabağ"a qayıtmasını şərh edib.

İliç, Qurbanlının İsveç klubuna keçidinə vasitəçi olan şəxslərdən biri olub. Serbiyalı Musanın "Yurqorden"də qal bilməməsi barədə bunları deyib:

"Futbolçuya oynamaq üçün daha çox şans verməlisən ki, özünü hər mənada göstərə bilsin. Əgər futbolçu şans qazanmırsa, üstəlik, cavandırsa, vaxt itirmədən komandasını dəyişməli idi.

Belə də, oldu. Musa yetərincə yaxşı futbolçudur. O, özünü sübut edib və yenə də edəcək.

Onun adına heç qorxmuram da. "Qarabağ"da öz səviyyəsini göstərməyə davam edəcək.

"Qarabağ" elə komandadır ki, orada istənilən futbolçu özünü göstərə bilər. Musaya və "Qarabağ"a uğurlar arzulayıram".

Musa Qurbanlı 2023-cü il iyulun 7-də "Yurqorden"lə üç illik müqavilə imzalasa da, artıq "Qarabağ"a geri qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?