Qurban Qurbanov rahat deyil: “Hamı fikirləşir ki…”

19 İyun 2024 18:50 Qarabağ 2 778
Qurban Qurbanov rahat deyil: “Hamı fikirləşir ki…”

“Bütün komandalarımıza uğurlar arzulayıram.

Həm Avropa Liqası, həm Konfrans Liqasında oynayacaq Azərbaycan klublarının hər birinə uğurlu nəticələr arzu edirəm.

İnanıram ki, bu il Azərbaycan futbolu üçün uğurlu olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında deyib.

O, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Ağdam təmsilçisi bu mərhələdə “Linkoln” (Cəbəllütariq) - “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

Q.Qurbanov bu matçlara çox ciddi hazırlaşacaqlarını deyib:

"Bizim üçün 2-ci təsnifat mərhələsindəki görüşlər ən ciddi hazırlaşdığımız oyunlar olmalıdır. Çünki bu mərhələdən başlamaq bizim üçün yeni tanışlıqdır.

Digər komandaların hazırlığı bizdən daha yaxşı ola bilər. Onlar iki rəsmi oyuna çıxacaqlar.

Bu, böyük təcrübədir. İlk matça hazır olmaq üçün maksimum çalışacaq və işimizi düzgün quracağıq.

“Linkoln” bizə tanış rəqib olsa da, futbol elə səviyyəyə çatıb ki, istənilən komandanın uğurlu nəticə əldə etməsi mümkündür.

Hamı fikirləşir ki, çox yaxşı, uğurlu püşk olub və bizi mərhələni keçmiş kimi görürlər. Belə fikirlər futbolçulara təsir edə bilər.

Psixoloji tərəfdən tam hazır olmağa çalışmalıyıq. Futbolçularım peşəkardırlar, məsələnin məsuliyyətini anlayırlar və qarşıdakı günlərdən maksimum düzgün yararlanacağıq. Uğurlu nəticə əldə etmək istəyirik”.

"Qarabağ"ın ilk oyunu səfərdə olacaq. Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul - 30/31 iyulda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”