Kapitan "Qarabağ"da qalmaq üçün aldığı təklifə "yox" dedi

19 İyun 2024 15:15 Qarabağ 8 308
Kapitan "Qarabağ"da qalmaq üçün aldığı təklifə "yox" dedi

Futbolçu karyerasını başa vuran Maksim Medvedev "Qarabağ"dan ayrılmaq barədə düşünmür.

Veteran müdafiəçiyə akademiyada məşqçi kimi çalışması təklif edilib.

Sabiq "5 nömrə" də bu təklifə isti yanaşır.

O, hətta Ağdam klubunda qalmaq üçün "Turan Tovuz"dan aldığı təklifi də geri çevirib.

Belə ki, bölgə klubu yeni baş məşqçisi Kurban Berdiyevin məşqçilər korpusunda Maksim Medvedevi də görmək istəyirmiş.

Amma Qərb təmsilçisindən gələn dəvətə Medvedev müsbət reaksiya verməyib.

Arxada qoyduğumuz mövsümün sonu karyerasını başa vuran Maksim Medvedev 2006-cı ildə Ağdam təmsilçisinin əsas komandasında debüt edib və sonrakı müddətdə 552 oyuna çıxıb.

O, 2009-cu ildən Azərbaycan millisinin formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”