COP29

Qurban Qurbanov futbolçularına JEST ETDİ

18 İyun 20:50 Qarabağ 5 690
Qurban Qurbanov futbolçularına JEST ETDİ

“Qarabağ”ın futbolçuları üçün 15 günlük istirahət müddəti başa çatıb.

Komanda üzvləri iyunun 18-də Bakıda bir araya gələcək.

Lakin bu, heç də hamıya şamil deyil. İyunun 2-də baş tutan ölkə kubokunun final görüşündən sonra əksər futbolçular istirahət imkanı qazansalar da, milli üzvləri yığma komandaların yoldaşlıq oyunları ilə bağlı bundan məhrum idi.

Mövcud durumu nəzərə alan baş məşqçi Qurban Qurbanov milli komandaların düşərgəsində olan futbolçulara dincəlmək üçün əlavə vaxt verib.

Onlar beş gündən sonra – iyunun 23-də kollektivə qoşulacaqlar.

“Köhlən atlar”ın Bakı toplanışı iyulun 4-nə qədər davam edəcək. Bir gün sonra “Qarabağ” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yola düşəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?