"Qarabağ" daha bir qapıçı transfer edir – SON DƏQİQƏ

17 İyun 2024 14:00 Qarabağ 4 497
"Qarabağ" daha bir qapıçı transfer edir – SON DƏQİQƏ

Fabiyane Buntiçi sıralarına qatan «Qarabağ» onunla kifayətlənməyəcək.

Ağdam klubu qarşıdakı günlərdə daha bir qapıçı alacaq.

Çempionlar Liqasına hazırlaşan «köhlən atlar» çoxdandır maraq dairəsində olan əcnəbi kiperlə danışıqları başa çatdırmaq üzrədir.

O, əsas qapıçı kimi komandaya cəlb olunacaq. Yəni ki, xorvatiyalı Buntiçin keçidi əslində ikinci qapıçı kimi nəzərdə tutulub.

«Vizela»dan gələn xorvatiyalı burada ən yaxşı halda Luka Quqeşaşvilini əvəzlyəcək.

Hazırda ölkəsinin millinin heyətində Almaniyada keçirilən AVRO-2024-də iştirak edən gürcüstanlı turnirdən sonra «Qarabağ»la birdəfəlik vidalaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da