COP29

“Qarabağ”a dönən forvard haqda son söz: “Bəzən dalana dirənirik”

15 İyun 17:20 Qarabağ 3 489
“Qarabağ”a dönən forvard haqda son söz: “Bəzən dalana dirənirik”

"Yurqorden" klubunun idman direktoru Bosse Andersson azərbaycanlı hücumçu Musa Qurbanlının paytaxt təmsilçisində keçirdiyi vaxtdan danışıb və onun "Qarabağ"a keçməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan Bosse millimizin forvardı barədə bunları deyib:

"Musa Azərbaycan milli komandası üçün gənc və perspektivli futbolçudur. Onun karyerasının bu mərhələsində oyun vaxtı vacibdir.

Musa bizimlə çətin yaz mövsümü keçirdi: oyun vaxtı məhdud idi. Bu, futboldur və bəzən dalana dirənirik.

Bu həll hər iki tərəf üçün ən yaxşısıdır. İndi Musa özünü yaxşı bildiyi, statusunun və ona inamının yüksək olduğu bir mühitdə tapacaq.

“Qarabağ”la bu məsələdə yaxşı dialoqumuz olub. “Yurqorden”də olduğu müddətdə Musa ən peşəkar şəkildə hərəkət etdi.

O, daha yaxşı olmaq üçün çox çalışan və hələ də ambisiyaları olan futbolçudur. Musaya gələcək karyerasında uğurlar arzulayıram”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?