“Nə gizlədim, mənə də belə təkliflər olub, lakin imtina etmişəm”

13 İyun 2024 23:40 Qarabağ 977
“Nə gizlədim, mənə də belə təkliflər olub, lakin imtina etmişəm”

“Nə gizlədim, mənə də belə təkliflər olub, lakin imtina etmişəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev deyib.

Bugünlərdə karyerasını bitirən 34 yaşlı müdafiəçi bildirib ki, futbolçular yatırımı əsasən obyekt, daşınmaz əmlak üzərində edir:

“Futbol oynadığım dönəmdə paralel olaraq biznes qurmamışam. Müxtəlif növ iaşə obyektlərinə sahiblənmək təklif olunsa da, mən başqa cür düşünmüşəm.

Mən investisiyanı övladlarımın gələcəyini qurmağa yatırmışam. Valideyn üçün önəmli olan pul, yaxud bahalı həyat yox, uşaqlarına xoş gələcək qurmaq üçün şərait yaratmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"