COP29

“Qurban Qurbanov məni beş barmağı kimi tanıyır, pulu düşünən olsaydım...”

12 İyun 21:00 Qarabağ 4 959
“Qurban Qurbanov məni beş barmağı kimi tanıyır, pulu düşünən olsaydım...”

“Qurban Qurbanovla və klub rəhbərliyi ilə söhbətlərdən, məsləhətləşmələrdən sonra yekun qərarımı verəcəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev söyləyib.

Bugünlərdə karyerasını başa vuran müdafiəçi gələcəyini hansı sahədə davam etdirəcəyini hələ konkretləşdirmədiyini söyləyib. 34 yaşında butsılarını mıxdan asan Ağdam klubunun yetirməsi deyib:

“Qurban hoca məni beş barmağı kimi tanıyır. O, mənə hansı yolu məsləhət görsə, çalışıb həmin istiqamətdə gedəcəm.

Elə bir yaşdayam ki, maliyyəyə yox, perspektivə önəm verməliyəm. Yaxşı qazanc yeri düşünsəm, heç nə əldə etməyəcəm.

Açığı, pulu düşünən olsaydım, karyeramı 1-2 il də davam etdirərdim. Bundan sonra məşğul olacağım işdən zövq almalıyam”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?