COP29

Kadinin "Qarabağ"a baş tutmayan dönüşü ilə bağlı İLGİNC MƏQAMLAR!

9 İyul 19:40 Qarabağ 5 066
Kadinin "Qarabağ"a baş tutmayan dönüşü ilə bağlı İLGİNC MƏQAMLAR!

"Qarabağ"ın sabiq legioneri Kadi Borges "Krasnodar"dan ayrılıb.

Braziliyalı yarımmüdafiəçi "Ferentsvaroş"a keçib.

İlkin açıqlamada 28 yaşlı oyunçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Kadi Borges 2021-2023-cü illər ərzində "Qarabağ"da çıxış edib. O, 2023/24 mövsümündə Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun isə ötürməsini edib.

Dünəndən bəri hamı bu xəbərin şokunu yaşayır. Çünki cənubi amerikalının "Qarabağ"a dönəcəyi kimsədə şübhə doğurmurdu.

Səbəbkarın özü bura qayıtmağa razılıq vermişdi. Ağdam klubu da öz növbəsində krasnodarlı həmkarlarını bundan xəbərdar eləmiş, rəsmi təklif göndərmişdi.

Ruslar danışıqların əvvəlində Kadini məhz elə «Qarabağ»a satmağa həvəsli görünürdü. Qalırdı təzminat məbləğini razılaşdırmaq.

Qarşı tərəf 500 min avrodan başlayan satışı 2,5 milyon avroya qaldırdı. Düşündülər ki, niyə də yox?!

Axı «sambaçı»nı «Qarabağ»dan 5 milyon avro qarşılığında transfer etmişdilər.

«Köhlən atlar» 1,5 milyon avronu gözdən çıxarsa da, "Ferentsvaroş"un 500 min artıq pul təklif eləməsi «Krasnodar»lıların ağlını başından çıxardı, danışıqların yönü, transferin istiqaməti dəyişdi.

Digər tərəfdən, Rusiya təmsilçisi 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlinə təsadüf edən görüşmələri yaddan çıxarmayıb. Demə, transfer sövdəşləşməsi əsnasında baş verənləri unutmayıblarmış.

Axı «Qarabağ» Kadini heç cür itirmək istəmirdi. Sadəcə, müqavilədə əksini tapan 5 milyon avroluq «sərbəst qalma» maddəsi əl-qollarını bağladı, onunla vidalaşmaq məcburiyyətində qaldılar.

Ağdamlılar çox çalışdı, fəqət, Kadi həmin vaxt pulu üstün tutdu. Ruslar isə 5 milyon avronu «Qarabağ»a can çəkə-çəkə (hissə-hissə) ödədi.

Onu da vaxtında deyil. Əvvəlcədən nezərdə tutulan vaxtdan xeyli gec köçürmə elədilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?