Şeydayevin qiymətini qaldıran - “Qarabağ”da iki yerli futbolçu var ki…

8 İyun 2023 23:40 Qarabağ 5 615
Şeydayevin qiymətini qaldıran -  “Qarabağ”da iki yerli futbolçu var ki…

Başa çatan mövsümdə ən çox əziyyət çəkən “Qarabağ”ın futbolçuları oldu.

“Köhlən atlar”ın hər il avrokubokların qrup mərhələsinə vəsiqə qazanması oyunçuların yükünü digər komandalardakı həmkarları ilə müqayisədə ikiqat artırır.

Premyer Liqa təmsilçilərinin üzvləri mövsüm ərzində ən yaxşı halda 40-42 oyunda şans qazandığı halda, “Qarabağ”ın heyətində bəzi futbolçuların mövsümlük oyun sayı 50-ni ötür.

Məsələn, Ramil Şeydayev 2022/23 mövsümündə Premyer Liqa (35 oyun), Azərbaycan kuboku (2) və avrokuboklar (16) daxil olmaqla 53 qarşılaşmada meydanda olub.

Millimizin üzvü 3344 dəqiqə top dalınca qaçıb. O, “Qarabağ”ın ən çox oyun keçirən futbolçusudur.

Abdullah Zubir komandasının meydanda ən çox vaxt keçirən oyunçusudur. “10 nömrə” oyun sayında Ramildən geri qalır.

O, 32-ci çempionatda, 2-si ölkə kubokunda, 16-sı avrokuboklarda olmaqla ümumilikdə 50 matçda iştirak edib. Lakin dəqiqə sayında Şeydayevi qabaqlayır – 3607.

“Üçlüy”ü dəqiqə sayında Bəhlul Mustafazadə tamamlayır. Təcrübəlilər - Bədavi Hüseynovla Kevin Medinanın zədələnməsi fonunda

Bəhlul meydanda daha çox vaxt keçirmək imkanı yaxalayıb. Düzdür, oyun sayı elə də çox deyil.

Cəmi 39 qarşılaşmada göz önündə olub: 25-i çempionatda, 1-i ölkə kubokunda, 13-ü avrokuboklarda. Şans qazandığı dəqiqə sayı isə 3239-dur.

Legionerlərin çoxluq təşkil etdiyi “Qarabağ”da azərbaycanlıların bu göstəricidə önə çıxması xoş haldır.

Təbii, burada Kadi Borges, İbrahima Vadji, Ovusu Kvabena kimi aparıcı simaların komandanı tərk etməsinin rolu az deyil. İstənilən halda həmyerlilərimizin adına sevinməliyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti