
Qara Qarayev sosial şəbəkədə arzuolunmaz vəziyyətlə üzləşib.
“Qarabağ”ın 30 yaşlı futbolçusu istirahət dönəmini keçirmək üçün yollandığı Dubaydan şəkil paylaşıb.
Qaranın turist geyimində çəkdirdiyi və “instagram” hesabında paylaşdığı şəkil komanda yoldaşlarının marağına səbəb olub.
Belə ki, “Qarabağ”lılar Azərbaycan millisinin sabiq futbolçusunun səndəllərinə “ilişib”. Qarayev özünü itirməyərək onların cavabını verib.
Şahruddin Məhəmmədəliyev: “Səndəlləri Asteriksdən almısan?”
Qara Qarayev: “Sədərəkdən, Şah”.
Marko Veşoviç: “Qara, onlara qulaq asma. Səndəllər möhtəşəmdir”.
Qara Qarayev: “Mən sənə inanmıram”.
Julio Romao: “Səndəllər əladır”.
Qara Qarayev: “Çox sağ ol, dostum”.
Mayın 28-də istiraətə buraxılan “Qarabağ”ın futbolçuları iyunun 10-da Bakıda bir araya gələcək. Milliyə dəvət olunan futbolçular komandaya daha sonra qoşulacaq.
HƏBİB / SPORTİNFO.AZ