“QARABAĞ”: Məşhur məşqçinin qardaşının yerinə gəldi, rəhbərlik və Qurbanov vəd etdi ki…

8 İyun 2023 14:40 Qarabağ 2 084
“QARABAĞ”: Məşhur məşqçinin qardaşının yerinə gəldi, rəhbərlik və Qurbanov vəd etdi ki…

"Qarabağ”ın aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan vəzifəsindən gedib.

Türkiyəli funksioner saytımızın yaydığı xəbəri üstündən günlər keçəndən sonra təsdqiləyib.

Şəxsi sosial şəbəkə səhifəsində işindən ayrıldığını elan edən Doğan açıqlamasında "4 ildir böyük özünəinam və qürurla davam etdirdiyimiz, "Qarabağ" ailəsindəki missiyam bugündən etibarən sona çatıb. Bu müddət ərzində mənə dəstəyini əsirgəməyən, Əmrah (klubun direktoru Əmrah Çəlikəl - M.) bəy və komandasına, idarə heyətimizə təşəkkürümü bildirirəm" - sözlərini yazıb.

“Trabzonspor”un sabiq baş məşqçisi Ziya Doğanın qardaşı olan Tacəddin Doğanı “Qarabağ”da Aftandil Hacıyev əvəzləyəcək. ö

Ötən ilin mayında “Səbail”dən ayrılan mütəxəssis artıq “köhlən atlılar”ın müqavilə şərtlərinə qol çəkib.

“Pro” kateqoriyalı 42 yaşlı Hacıyev klubun rəhbər şəxsləri və əsas komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb, onlardan hərtərəfli dəstək alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!