
“Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğlu “Qarabağ”ın son mövsümünüü qiymətləndirib.
O bildirib ki, Ağdam klubu ölkə çempionatında sayca 10-cu çempionluğunu çətinlik çəkmədən əldə edib.
Bu uğurda Ramil Şeydayev-Musa Qurbanlı tandeminin böyük pay sahibi olmasına diqqət çəkən tanınmış telejurnalist deyib ki, qeydə alınan nəticələr “köhlən atlılar”ın digər rəqiblərtindən üstünlüyünün göstəricisidir:
“Narahatlıq doğuran məqam odur ki, qışda böyük təmtəraqla transfer olunan Yassın Benzia, Adama Diakabi və Redon Cica aradan 5 ay ötməsinə baxmayaraq
, hələ də onlardan gözlənilən oyunu göstərmir. Həmin vaxt məqsəd onları yaya – yeni avrokuboklar mövsümünə hazırlamaq idi.
Amma Beniza ilə Diakabi meydandan çox, lazaretdə olur. Iki-üç tur oynayıb, dörd-beş həftə müalicə olunurlar.
Zədəyə hədsiz meylli bu legionerlərlə “Qarabağ”a Çempionlar Liqasında çox çətin olacaq”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: