
“Qarabağ” yetirməsi olan Qara Qarayevlə “yola davam” qərarı alıb.
Azərbaycan çempionu bütün karyerası kluba bağlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.
“Köhlən atılar” 31 yaşlı orta sahə oyunçusu ilə anlaşmanının müddətini 1+1 illik uzatmaq niyyətindədir. Böyük ehtimalla, bu anlaşma baş tutacaq.
Digər məsələni isə Qaranın özü aradan qaldırmalıdır. Iş ondadır ki, o, mövsümün ikinci yarısında kifayət qədər oyun keçirməyib.
Mövqeyini Julio Romaoya uduzan Qarayev daha çox ehtiyatda qalıb. Qurban Qurbanov indinin özündə də ona əsas heyətdə yer alacağına dair zəmanət vermir.
SPORTİNFO.AZ