"Marsel" - "Qarabağ": Montoneqrodan gəlirlər

15 Fevral 2022 13:20 Qarabağ 938
"Marsel" - "Qarabağ": Montoneqrodan gəlirlər

Konfrans Liqasının 1/16 final mərhələsinin “Marsel” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, görüşü Montoneqrodan Nikola Dabanoviçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Ona Milovan Cukiç, Vladan Todoroviç (yan xətt hakimləri) və Miloş Boşkoviç (dördüncü hakim) kömək göstərəcəklər.

Fevralın 17-də Fransada keçiriləcək "Marsel" - "Qarabağ" görüşü yerli vaxtla saat 21.00-da (Bakı vaxtı ilə saat 00:00) başlanacaq. Cavab görüşü fevralın 24-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu