"Qarabağ"ı qələbədən məhrum etdi, ağladı, üzr istədi, ona başa saldılar ki…

26 Noyabr 2021 13:00 Qarabağ 2 827
"Qarabağ"ı qələbədən məhrum etdi, ağladı, üzr istədi, ona başa saldılar ki…

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşlarından və məşqçi heyətindən üzr istəyib.

Bu, dünən "Omoniya" ilə 2:2 bitən matçdan sonra baş verib.

Qonaqlar 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb. Kipr klubunun 36 yaşlı yarımmüdafiəçisi Jordi Qomesin uzaq məsafədən vurduğu dəqiq zərbə ilə Azərbaycan təmsilçisini xal itkisinə uğradıb.

Qeydə alınan bərabərlik "Qarabağ"ın Konfrans Liqasının H qrupunda lider olmasını ertələyib.

"Şah" komandasının onun səhvi ucbatından ikinci pilləyə düşməsini qəbul edib və böyük məyusluq hissi keçirdiyini bildirib. O, özünü narahat hiss elədiyini və bu hadisəni heç vaxt unutmayacağını söyləyib.

Məşqçilər və futbolçular göz yaşları içində nə edəcəyini bilməyən qapıçını sakitləşdirib. Deyilib ki, futbolda belə səhvlər gözləniləndir, həmişə xilaskar olmaq mümkün deyil, sadəcə, diqqətli hərəkət etmək lazımdır.

Məhəmmədəliyev sonda söz verib ki, bir daha belə xətalara yol verməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı