“Düşünürəm ki, “Qarabağ”da daha çox şans almağa layiq idim”

3 İyul 2024 21:20 Qarabağ 5 962
“Düşünürəm ki, “Qarabağ”da daha çox şans almağa layiq idim”

"Qarabağ"ın sabiq legioneri Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi "Bandırmaspor"la anlaşıb.

Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Fransalı 2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edib və bu ilin iyununda buradan ayrılıb. Ağdam klubunda 33 matçda 7 qol vurub.

Premyer Liqadakı son mövsümdə 16 oyunda beş qol, iki assistlə yadda qalıb.

Diakabi Sportinfo.az-a “Qarabağ”dan getməsi barədə qısa açıqlama verib:

“Düşünürəm ki, orada daha çox şans almalıydım. Daha çox oyun dəqiqələrinə layiqəm.

Amma qərarı məşqçi verir. Mən buna hörmətlə yanaşıram.

Müqaviləm bitdi, bir az dincəldim. İndi isə karyeramda yeni mərhələ başlayır”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır