COP29

"Qarabağ"lı oynadı, milli Liviyaya qalib gəldi

13 İyun 02:50 Qarabağ 819
"Qarabağ"lı oynadı, milli Liviyaya qalib gəldi

DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde komandası doğma meydanda Liviyanı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"lı Patrik Andrade də bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 82-ci dəqiqədə əvəzlənib.

4 turdan sonra 7 xal toplayan Kabo-Verde yığması qrupda 6 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?