
"Qarabağ" yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi U-21 millimizlə qarşılaşıb.
Matç U-21-in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Əsas heyətin 14 üzvü milli komandaların düşərgəsində olduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb.
"Qarabağ" - Azərbaycan U-21 2:4
Qollar: Seyxan Fərəcov (dubl) - Rüfət Abdullazadə (dubl), Vüsal Əsgərov, Şakir Seyidov