Avropanın bir neçə top-klubunun maraq dairəsindədir - 70 milyon avro istəyirlər

14 Avqust 2025 01:30 Fransa 1 195
Avropanın bir neçə top-klubunun maraq dairəsindədir - 70 milyon avro istəyirlər

“Monako”nun futbolçusu Maqnes Akliuş Avropanın bir neçə top-klubunun maraq dairəsindədir.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, “Mançester Siti” 23 yaşlı futbolçunu transfer siyahısına daxil edib.

Akliuşa həmçinin, Leverkuzen “Bayer”i də ciddi maraq göstərir. Ona “İnter” və adı açıqlanmayan Avropanın başqa bir klubu da “elçi düşüb”.

“Monako” fransalı oyunçusunu satmağa razıdır, ancaq qarşılığında təxminən 70 milyon avro tələb edir.

Akliuş son mövsümdə Fransa Liqa 1-də 32 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"