Azərbaycan futbolunun başının üstünü alan QORXULU BƏLA – NARKOMANİYA!

17 Avqust 2022 13:00 Problem 2 895
Azərbaycan futbolunun başının üstünü alan QORXULU BƏLA – NARKOMANİYA!

2022-ci ildə antidopinq qayda pozuntularının sayı artıb.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli məlumat verib.

Ş.Hüseynlinin fikrincə, bu, idmançıların yarışlarda iştirakının çoxalması ilə bağlıdır: "Ona görə də, federasiyalara üzümüzü tutub demək istəyirik ki, onlarla maarifləndirmə işləri aparılsın".

Azərbaycanda antidopinq laboratoriyasının yaradılması üçün 10 milyonlarla pul vəsaiti lazımdır. Hüseynli bildirib ki, bu, uzunmüddətli prosesdir:

"Laboratoriya yaratdıqdan sonra WADA (Ümumdünya Antidopinq Agentliyi - red.) onlara akkreditasiya verilməlidir ki, test analizi aparmaq imkanı olsun.

Belə laboratoriyalar müstəqil olmalı və milli antidopinq agentlikləri ilə heç bir bağlılığı olmamalıdır. Ancaq Azərbaycanda da belə bir laboratoriyanın olması yaxşı olardı".

AMADA dopinq test analizlərini WADA-nın akkreditasiyadan keçmiş Kölndəki laboratoriyasına göndərir. Avropada bir neçə belə laboratoriya olsa da, bəzilərinin akkreditasiyası yoxdur.

Bəzi federasiyalar AMADA-nın antidopinq əleyhinə maarifləndirilməsi prosesinə şərait yaratmır.

Bununla yanaşı, Ş.Hüseynli ötən ilin sonlarından bəzi federasiyalarda olan rəhbərlərin antidopinq əleyhinə məsələlərdə onlara dəstək olduqlarını vurğulayıb:

"Bir çox federasiyalarda yeni rəhbər dəyişiklikləri olub. Sevindirici hal ondan ibarətdir ki, yeni federasiya rəhbərləri tolerantlıq nümayiş etdirərək, dopinqi qətiyyən qəbul etmədiklərini bizə bildirdilər.

Bir çox məsələlərdə federasiya rəhbərliyinin mövqeyi idmançılara da təsir edir. Bu səbəbdən, federasiya rəhbərlərinə təşəkkürümü bildirirəm".

Ş.Hüseynli bildirib ki, antidopinq əleyhinə heç bir maarifləndirmə işi aparılmamış həmin federasiyaların idmançılarından dopinq-test götürülməyib. Onun sözlərinə görə, dopinq-testlərin götürülməsi ölkənin beynəlxalq arenada adı üçün önəmlidir.

Bizdə olan məlumata görə, əsas və gənclərdən ibarət futbol millilərinin son 6 ayda keçirdiyi rəsmi matçlardan sonra bir çox futbolçu gözlənilmədən dopinq kontrola cəlb edilib.

Ümumiyyətlə, belə bir fikir var ki, tezliklə bu qəfil yoxlamalar Premyer Liqa və I Divizionu, hətta akademiyaları da əhatə etməlidir.

Məlumatlıyıq ki, artıq bununla bağlı müəyyən məsləhətləşmələr aparılıb. AMADA-nın AFFA və Peşəkar Futbol Liqası ilə bərabər bu ideya ətrafında birləşməsi, klubların da onlara qoşulması hər an açıqlana bilər.

Çünki neqativ hallarla bağlı müvafiq qurumlara bəzi ciddi siqnallar daxil olmağa başlayıb. Əsasən də futbolçular və məşqçilər arasında narkomaniyaya meyl hallarının artması, qanadağın olunmuş dərman preparatlarından istifadə yönündə.

İctimaiyyətdə yayılan xəbərlərə inansaq, son iki həftədə müəyyən araşdırmalar gedir, dindirmələr və sorğulanmalar var. Hüquq-mühafizə orqanları üzərinə düşən işi layiqincə yerinə yetirir, konkret addımlar atır.

Görünən budur ki, problem yetərincə ciddidir və böyük ehtimalla, AMADA real tədbirlər görəcək.

Premyer Liqa, I Divizion və akademiya məşqçilərin, o cümlədən, funksionerlərin il ərzində 4 dəfə dopinq analizə cəlb olunmasını görə bilərik.

Həmçinin futbolçular anonimlik qorunmaq şərtilə ay ərzində 2-3 dəfə dopinq otağına dəvət ediləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!