Bu gün Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, üç günə sığacaq turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Turan Tovuz" doğma azarkeşləri önündə "Səbail"i sınağa çəkəcək. Bu, qərb təmsilçisinin cari mövsümdə ilk ev oyunu olacaq.
Halbuki, komanda açılış turunda evdə oynamalıydı. Ancaq Tovuz şəhər stadionunda yenidənqurma işləri aparıldığı üçün qərb təmsilçisi "Araz-Naxçıvan"la Bakıda qarşılaşmalı olmuşdu.
Üç turdan sonra "Turan Tovuz" 6 xalla 3-4-cü yerləri bölüşürsə, "Səbail"in aktivində cəmi 1 xal var və "dənizçilər" 9-cu pillədədir.
Günün digər qarşılaşması isə paytaxtda baş tutacaq. Turun mərkəzi oyunu sayıla bilən dueldə "Zirə" "Sabah"la üz-üzə gələcək.
Çempionata əla start verən və Premyer Liqada xal itirməyən tək komanda olan "Zirə" ötən mövsümün gümüş mükafatçısını da əliboş yola salmağa çalışacaq. Heç-heçə də "qartallar"ın zirvədə qalmasına şərait yaradacaq.
IV tura dünən "Araz-Naxçıvan" - "Sumqayıt" (1:1) matçı ilə start verilib. Turun son iki qarşılaşması ("Neftçi" - "Qəbələ" və "Qarabağ" - "Kəpəz") sabah keçiriləcək.
26 avqust
“Turan Tovuz” – “Səbail” 1:3
Qollar: Roderik Miller, 84 – Aleksandr Ramalinqom, 5. Yusif Nəbiyev, 62. Ağabala Ramazanov, 90.
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 17:00
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 8. Piruzi Marakvelidze, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 9. Belajdi Pusi, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 21. Anas Najah
Baş məşqçi: Şahin Diniyev
“Zirə” – “Sabah” 1:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu, 19:30
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah”: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 12. Vinsent Til
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 24. Maruan Hadudi, 18. Davit Volkov, 27. Jarl Marqarita
Məşqçi: Artur Olenin

