Rege "Neftçi"yə rumıniyalı hücumçu gətirmək istədi, "veto" ilə üzləşdi

8 Yanvar 2023 11:40 Neftçi 1 904
Rege "Neftçi"yə rumıniyalı hücumçu gətirmək istədi, "veto" ilə üzləşdi

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekamfpın Rumıniyadan Azərbaycana legioner gətirmək istəyi gerçəkləşib.

Ötən ilin iyunundan paytaxt təmsilçisinin sükanı arxasında dayanan çalışdırıcı yaxından tanıdığı hücumçulardan birinə ağ-qara formanı geyindirmək təşəbbüsü ilə çıxış edib.

O. həmin forvardın razılığını alsa da, klub rəsmiləri Regenin təklifini geri çevirib. Rumın mütəxəssisin nəzərinə çatdırılıb ki, onların transfer siyasətinə baxışı dəyişməyib.

Yenə əvvəlkitək təkliflər paketi özləri tərəfindən hazırlanacaq, bu siyahıya daxil olanlar arasından seçim etmək isə onun öhdəsinə buraxılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?