"Neftçi"də baş verən hadisə - Regekampf niyə Rumıniyaya qayıtmayıb?

7 Yanvar 2023 22:40 Neftçi 798
"Neftçi"də baş verən hadisə - Regekampf niyə Rumıniyaya qayıtmayıb?

Sportinfo.az xəbər verir ki, Rumıniya mətbuatı "Neftçi"nin baş məşqçisi Lautentsiu Regekampfın "Universitatya Krayova"ya keçidinin baş tutmamasının səbəbi haqda yazıb.

"ProSport" portalının məlumatına görə, mütəxəssislə Rumıniya klubu arasında danışıqlar inkişaf mərhələsində olub.

Bildirilib ki, "Neftçi" Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanmasaydı, məşqçi yenidən "Universitatya Krayova"ya qayıdacaqdı. Ancaq Bakı təmsilçisi yarımfinala yüksəldiyi üçün Regekampf "Neftçi"də qalıb.

Krayova təmsilçisi baş məşqçi vəzifəsi üçün Eugen Neagoe ilə 1 il yarımlıq müqavilə imzalayıb.

Dekabrda "Neftçi" cavab oyununda "Zirə"yə 3:1 hesabı ilə qalib gələrək Azərbaycan kubokunda yarımfinala yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!