“AFFA-nı söyməmişəm, elə bir tərbiyəsizliyi heç vaxt etmərəm”

7 Yanvar 2023 20:40 Neftçi 949
“AFFA-nı söyməmişəm, elə bir tərbiyəsizliyi heç vaxt etmərəm”

Bu günlərdə AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandalarının futbolçularını cəzalandırıb.

“Neftçi”nin müfadiəçisi Aslan Şirinovun cəzası daha ağır olub.

O, “Qəbələ” ilə keçirilən qarşılaşmanın ardından hakimin qərarına etiraz etdiyindən, ikinci sarı vərəqə alıb.

Komitədən verilən açıqlamada iddia olunur ki, Şirinov hakimlərin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlədib. Odur ki, komandasının qarşıdakı 4 oyununu buraxmalı olacaq.

Aslan Şirinovla əlaqə saxladıq, barəsindəki qərardan çox məyus olduğunu dilə gətirdi.

Dedi ki, matçın gərginliyindən və məğlubiyyəti qəbul etmədiyindən sonradan özünün də utandığı belə bir olay yaşanıb, amma federasiyanın ünvanına təhqiramiz ifadələr şlətməyib:

“Çox gərgin qarşılaşma idi. Həm hesabda geri düşməyimiz, həm də müəyyən epizodlarda yaşanan gərginlik belə reaksiya verməyimə səbəb oldu. A

FFA ilə bağlı bir kəlimə də təhqiramiz ifadə işlətməmişəm. Milli komandanın formasını qürurla geyinirəm.

Elə bir tərbiyəsizliyi heç vaxt etmərəm. Ailədə çox yüksək tərbiyə almışam.

Ümumiyyətlə, “Neftçi”yə elə bağlıyam ki, məğlubiyyəti qəbul etməkdə çətinlik çəkirəm. “Neftçi” olan yerdə həmişə qələbə olmalıdır.

Düşüncəmdə ancaq bu var. Bu cür reaksiyaya görə həm “Neftçi” rəhbərliyindən, həm də hakimlərdən üzr istəyirəm.

Milli komandamıza və “Neftçi”yə töhfə vermək üçün böyük əzmlə çalışıram. İnşallah, arzularıma çataram”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!