Qış hazırlığını Antalyada davam etdirən “Neftçi” bir neçə futbolçunun yolunu gözləyir.
Söhbət təkcə zədəsini Serbiya və İspaniyada müalicə etdirən Voislav Stankoviçlə Eddi İsrafilovdan getmir.
Azərbaycan millisinin və “Traktor”un müdafiəçisi Höccət Haqverdi də “ağ-qaralar”ın Türkiyə toplanışına qoşulmalıdır.
Hazırda futbolçunun keçidi ilə bağlı klublar arasında danışıqlar davam etdiyindən, proses yubanır. Buna baxmayaraq, Höccətin transfer xəbəri an məsələsidir.
Sportinfo.az xəbər verir ki, yaxın 2-3 gün ərzində kollektivə daha bir futbolçu qoşulacaq.
Oyunçunun adını hələ ki, dəqiqləşdirə bilməsək də, dəqiq olan budur ki, yarımmüdafiə və hücum xəttində çıxışı ilə tanınır.
Baş məşqçi Laurentsiu Regekampfın keçidinə razılıq verdiyi futbolçunun agenti hazırda “ağ-qaralar”ın rəhbərliyi ilə müqavilədəki son detalları müzakirə edir.
Onun “Neftçi” ilə 1,5-2 illik sözləşməyə imza atacağı dəqiqdir.
HƏBİB / SPORTİNFO.AZ

