ARDNŞ-nin prezidenti Rövşən Nəcəfin “Neftçi”nin Müşahidə Şurasına sədr təyin olunmasından sonra klubda kadr islahatlarına start verilib.
Üst səviyyədə ilk yolasalma bu gün baş verib.
Uzun illərdir “Neftçi”də Maliyyə və Mühasibatlıq Departamentinin rəisi vəzifəsində çalışmış Qədim Əsgərli ilə müqaviləyə xitam verilib.
Müşahidə Şurasının qərarına əsasən Qədim bəyi bu postda Natiq Əlizadə əvəzləyib.
Qədim əsgərli 2010-cu ilin fevralından “Neftçi”də müvafiq vəzifəni daşıyırdı.
HƏBİB / SPORTİNFO.AZ

