"Neftçi" Türkiyədə: Kimlər var, kimlər yox? - FOTOREPORTAJ

7 Yanvar 2023 00:40 Neftçi 1 135
"Neftçi" Türkiyədə: Kimlər var, kimlər yox? - FOTOREPORTAJ

“Neftçi” PFK təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan komanda iki məşqə çıxıb.

Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub. 3 futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voyislav Stankoviçlə Eddi İsrafilov toplanışa qatılmayıblar.

Əvəzində, zədə səbəbindən uzun müddətdir “Neftçi”dən uzaq qalan Sezar Meza Kolli “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub.

Komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

“Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?