Bu futbolçuların “Neftçi”yə qoşulacağı TARİX BİLİNDİ

6 Yanvar 2023 20:00 Neftçi 1 143
Bu futbolçuların “Neftçi”yə qoşulacağı TARİX BİLİNDİ

Premyer Liqada medal qazanmağı hədəfləyən, Azərbaycan kubokunu qazanmağı hədəf seçən “Neftçi” qış toplanışını Türkiyədə davam etdirir.

Yanvarın 3-də Bakıda bir araya gələrək yerli futbolçularla Antalyanın Belek bölgəsinə yola düşən “ağ-qaralar” artıq əcnəbi futbolçularına da qovuşmaqdadır.

Hətta yaydan bu yana vətəni Paraqvayda müalicə olunan Sezar Meza Kolli də artıq Laurentsiu Regekampfın sərəncamındadır.

Fərid Yusifli əməliyyat olunduğu üçün təlim-məşq toplanışına qatılmayacaq.

Daha 2 nəfər isə Antalyaya nisbətən gec təşrif buyuracaq. Bunlar Voislav Stankoviçlə Eddi İsrafilovdur. Çempionatın ilk yarısının son oyunlarında zədə səbəbindən meydana çıxa bilməyən Stankoviç vətəni Serbiyada müalicə alır.

Eddi də eyni səbəbdən İspaniyadadır. Klubun həkimləri məşqçilər heyəti ilə məsləhətləşəndən sonra millimizin üzvünə də ayın 9-na qədər müalicəsini davam etdirməyə dair icazə verib.

Yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışı keçəcək bakılılar qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

“Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnitsa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” ilə qarşılaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!