"Neftçi" və "Zirə"yə onlar da qoşuldu – Bu futbolçunu almaq üçün

6 Yanvar 2023 16:00 Neftçi 2 153
"Neftçi" və "Zirə"yə onlar da qoşuldu – Bu futbolçunu almaq üçün

Azərbaycan yığmasının müdafiəçisi Höccət Haqverdi uğrunda mübarizəyə daha bir klub qoşulub.

Müqavilə ilə «Sumqayıt»a məxsus olan arxa xətt oyunçusunu əldə etmək istəyən «Neftçi»yə «Zirə»dən sonra «Səbail» də rəqib olub.

Şahin Diniyevi sükan arxasına əyləşdirən Bayıl təmsilçisi millinin üzvünü öz şərtləri ilə tanış edib.

Canni De Byazinin sevimli oyunçusu hara üz tutsa, bundan qazanan «Sumqayıt» olacaq. Ötən ilin yayında «Traktor»a icarəyə verilən müdafiəçi Azərbaycanda hansı komandaya keçsə, «kimyaçılar»a 100 min dollar təzminat ödənilməlidir.

Hazırda Höccətlə anlaşmağa ən yaxın olan «Neftçi»dir. «Ağ-qaralar»ın irəli sürdüyü şərtlər digərlərindən daha yüksəkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?