“Neftçi” ilə vidalaşan legionerdən 120 MİNLİK TƏLƏB!

6 Yanvar 2023 17:40 Neftçi 2 283
“Neftçi” ilə vidalaşan legionerdən 120 MİNLİK TƏLƏB!

Mövsümün ilk yarısı bitən kimi “Neftçi” ilə qarşılıqlı razılaşma əsasında yollarını ayıran Mamadu Mbodj Azərbaycanı tərk etməyə bilər.

Seneqallı müdafiəçi hazırda Premyer Liqanın 2 klubu ilə danışıqlar aparır.

Afrikalı legioner “Səbail“ və “Zirə”nin maraq dairəsinə düşüb.

Mbodjun keçidi daha çox özündən asılıdır. İllik 120 min dollar istəyir. Hər iki tərəf isə onun maddi tələblərini yumşaltmasını gözləyir. Danışıqların uzanması bilavastə bununla bağlıdır.

2018-ci ilin dekabrında “Jalqiris“dən “Neftçi”yə transfer olunmuş 29 yaşlı oyunçu 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb.

O, 2020/2022 mövsümündə Azərbaycan çempionu olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!