“Mən "Neftçi“də bunu edəcəyimə inanmasaydım, indi burada olmazdım”

6 Yanvar 2023 16:20 Neftçi 1 060
“Mən "Neftçi“də bunu edəcəyimə inanmasaydım, indi burada olmazdım”

“Heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin paraqvaylı futbolçusu Sezar Meza Kolli klubun televiziyasına açıqlamasında deyib.

Uzunmüddətli zədədən sonra “ağ-qaralar”ın Türkiyədəki təlim-məşq toplanışına qatılan 32 yaşlı yarımmüdafiəçi ölkəsindəki bərpa dönəminin onun üçün çətin keçdiyini söyləyib:

“Amma bunlar artıq geridə qaldı. Hazırda özümü yaxşı hiss edirəm, kollektivlə birlikdə olduğum üçün xoşbəxtəm.

“Neftçi”nin uğurlarına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. “Neftçi”nin, demək olar ki, bütün oyunlarını izləyirdim. Kənardan baxmaq bir az çətin idi”.

Yanvarın 20-dək Antalyada təlim-məşq toplanışında olacaq “Neftçi” 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?