«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampfla futbolçular arasında bir müddət əvvəl daha bir narazılıq hadisənin yaşanması məlum olub.
Belə ki, klub funksionerləri ilə mövsümün ilk yarısının gedişinin müzakirəsi zamanı ayrı-ayrı futbolçuların ünvanına səslənən iradlarla razılaşmayan rumıniyalı çalışdırıcı bütün məsuliyyəti öz üzərinə götürüb.
Şərqi avropalı çalışdırıcı komandanın qeyri-sabit çıxış etməsinə görə oyunçuların günahlandırılmasına qaşı çıxıb, bildirib ki, bunda bir günahkar varsa, o da özüdür.
Rege yeni ildən sonra daha yaxşı nəticələr qazanacaqlarına əmin olduğunu söyləyib və idarəçiləri arxayın salıb ki, onlara inanmaqda davam etsinlər.
Baş məşqçi ixlasdan çıxandan sonra komandanın bəzi üzvlərinə «Sizi görmək istəmirəm. Sizə görə məni yenə danladılar. Nəticələr mən istəyən kimi olmayanadək sizinlə eyni avtobusda oyunlara gedib-gəlməyəcəm» deyib.
SPORTİNFO.AZ

