“Neftçi”nin kapitanı "cığallıq" etdi, əvəzində sillə “yedi” - VİDEO

5 Yanvar 2023 20:00 Neftçi 1 111
“Neftçi”nin kapitanı "cığallıq" etdi, əvəzində sillə “yedi” - VİDEO

“Neftçi”nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudov təkcə yaxşı futbol oynamaq bacarığı ilə seçilmir.

O, həm də övladlarına vaxt ayırmağı sevən ata, onlarla necə oynamağı bilən valideyndir.

Yeni il bayramı ərəfəsində ailəsi ilə birgə Birləşmiş Ərəb Əmirliklərinə səfər edən, Dubayın uşaqlar üçün əyləncə mərkəzlərində vaxt keçirən Mahmudov sosial şəbəkədə maraqlı görüntülərlə yadda qalıb.

O, kiçik övladı Safiya ilə video çəkib ki, həmin görüntülər uşaqların “instagram” hesabında yerləşdirib.

Emin qızı ilə oyun oynayır, yekunda cığallıq edərək Safiyanı aldadır və şokoladı yeyir. Atasının hərəkətindən qəzəblənən qızcığazın cavabı nə olur?

Mahmudova sillə “yedizdirir”. Ardınca “bu, düzgün deyil” deyərək atası ilə oynamaqdan boyun qaçırır.

Səmimi görüntülərin videosunu təqdim edirik:

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!