«Neftçi»də yeni maliyyə məsələlərinə nəzarət edən şəxs dəyişdirilir.
Son 6 ildə bu işi Elnur Eyvazov görürdü.
Vitse-prezident vəzifəsini yerinə yetirən funksioner bir müddət əvvəl klub prezidenti Kamran Quliyevin əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.
Lakin o, bu qərarla razılaşmayıb. Paytaxt təmsilçisinə SOCAR tərəfindən təyin olunmasını əsas gətirən Eyvazov Quliyevin əmrini yerinə yetirməkdən imtina edib.
Gözlənildiyi kimi, yaranmış problem neft şirkətinin rəhbərliyinin nəzərindən yayınmayıb. Eyvazov SOCAR təmsilçiləri ilə görüşüb və onları burada baş verən proseslər haqda məlumatlandırıb.
Belə bir ehtimal var ki, o, klubda saxlanılacaq. Başqa sahəyə məsul fiqur kimi. Maliyyə işlərini isə bundan sonra SOCAR tərəfindən təyin olunacaq şəxs aparacaq.
SPORTİNFO.AZ

