"Müqavilə bağlamağım haqda söz-söhbət yarananda onlar mənə çox yazırdılar”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin hücumçusu Qodsvey Donyoya məxsusdur.
“Ağ-qaralar” ötən ilin yayında "Makkabi"dən (Hayfa) heyətinə qatdığı qanalı hücumçu ilə 2 il müddətinə müqavilə bağlayıb.
28 yaşlı forvard Yeni transfer "Neftçi"nin çox yaxşı azarkeşlərə malik olduğunu diqqətə çatdırıb:
“Haradasa 1000-1500 mesaj yazıb soruşurdular ki, bu doğrudurmu? Amma o vaxt rəsmi müqavilə imzalamamışdım deyə, onlara cavab verə bilmirdim.
Azarkeşlərdən hiss etdiklərimə, kluba keçidimdən məmnun olduqlarına görə onlara təşəkkür edirəm”.
2013-2016-cı illərdə "Mançester Siti"nin U-18 və U-21 komandalarında çıxış etmiş 28 yaşlı forvard Danimarkada "Norşellan", Almaniyada "Dinamo" (Drezden) klublarında da forma geyinib.
Afrikalı ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

