"Neftçi"nin baş məşqçisi ən ucuz hücumçu ilə bağlı fikrini dəyişdi

4 Yanvar 2023 13:00 Neftçi 2 152
"Neftçi"nin baş məşqçisi ən ucuz hücumçu ilə bağlı fikrini dəyişdi

"Neftçi"nin baş məşqçisi Orentsiu Regekampf Vato Arveladze ilə bağlı mövqeyini dəyişib.

Rumıniyalı çalışdırıcı gürcü hücumçunu komandada saxlamağa qərar verib.

Ötən ilin yayında 1+1 illik müqavilə imzalanmış Gürcüstan millisinin forvardı minimum mövsümün sonunadək ağ-qara formanı geyinəcək.

25 yaşlı Vato daha əvvəl ölkəsində "Sasko", "Lokomotiv" (Tbilisi), Türkiyədə "Kasımpaşa", "Fatih Karagümrük" və Polşada "Korona"nın uğurları üçün tər töküb.

Məşhur Arveladze nəsilinin nümayəndəsi hələlik «Neftçi»də özünü təsdiq etməyi bacarmayıb.

Zədələrlə «mübarizə»də məğlub olan gürcü az-az hallarda meydanda görünüb. Amma onun burada saxlanılması başqa səbəbdən irəli gəlib.

Belə ki, Vato bakılıların ən aşağı ödənişli legioneridir. Onun aylıq əməkhaqqısı, mətbuatda yazıldığı kimi, 10 min dollardan yuxarı deyil, göstərilən rəqəmdən xeyli aşağıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!