"Neftçi"nin sabiq legioneri Harramiz Soares İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
33 yaşlı yarımmüdafiəçinin bu addımı atmasının səbəbi FIFA-nın onun "ağ-qaralar"a qarşı şikayətini təmin etməməsidir.
Dünya futbol qurumu San-Tome və Prinsipidən olan legionerin iddiasını əsassız sayıb və paytaxt təmsilçisinin xeyrinə qərar çıxarıb.
"Neftçi" Harramiz Soareslə yollarını ötən il, yanvarın 21-də ayırıb. Bundan sonra vinger FIFA-ya müraciət edərək, ona təzminat ödənilməli olduğunu bildirib.
Söhbət ilyarımlıq müqaviləyə görə alması gərəkən məbləğdən gedir.
CAS Harramizin qaldırdığı məsələyə yaxınlarda baxacaq. O, "Neftçi"dən 220 min dollardan artıq kompensasiya istəyir.
SPORTİNFO.AZ

