Azərbaycan yığmasının müdafiəçisi yenidən Premyer Liqaya dönməyi qərara alıb.
Milliləşdirilən legioner «Neftçi»nin təklifini qəbul edib.
«Zirə»nin də dəvət göndərdiyi arxa xətt oyunçusu daha yaxşı maliyyə təklifləri irəli sürən «ağ-qaralar»a üstünlük verib.
İran futbolunun yetirməsi olan Haqverdi ilka dəfə ölkəmizə 2021-ci ildə təşrif buyurub. O, əvvəlcə "Sumqayıt"da, ardınca isə millimizdə debüt edib. Ötən yay vətəninə qayıdaraq, "Traktor" ilə müqavilə bağlayıb.
2022-ci ildə yığmamızda 9 oyun keçirən Höccətin Təbriz klubu ilə müqaviləsinin gələn ilin yayınadək nəzərdə tutulmasını xatırladaq.
Sadəcə, «Neftçi»nin ödəmək istədiyi təzminatın məbləği Cənubi Azərbaycan təmsilçisini razı salıb. Bakılıların sözügedən müdafiəçidən ötrü 150 min dollara yaxın kompensasiya verəcəyi söylənilir.
2,5 illik kontrakta imza atmağa hazırlaşan Haqverdinin mövsümlük qazancı göstərilən rəqəmdən bir qədər aşağıdır.
«Sumqayıt»ın 100 min dollar qarşılığında «Traktor»a satdığı Höccət birbaşa klub rəhbərliyinin təşəbbüsü ilə «Neftçi»yə transfer olmaqdadır. Lorentsiu Regekamfpın bu keçiddə heç bir rolu yoxdur.
Sadəcə, rumıniyalı baş məşqçiyə bildirilib ki, bu adda müdafiəçi var, cibində Azərbaycan pasportu daşıyır, onu gətiririk.
SPORTİNFO.AZ

